Qanunsuz saxlanılan silah-sursatlar təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. 

DİN mətbuat xidmətinin məlumatına görə, aprelin 29-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 5 qumbara, 30 ədəd müxtəlif markalı tüfəng, 5  patron darağı və 729 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 5 ədəd müxtəlif markalı tüfəng də aşkar edilərək götürülüb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər