Daşkənddə uşaq təhsili müzakirəsi

post-img

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Məktəbəqədər təhsil: müa­sir yanaşma və beynəlxalq təcrübə” mövzusunda beynəlxalq elmi–praktik konfrans keçirilib. 

Elmi məclisdə Özbəkistandan başqa Azər­baycan, Türkiyə, Rusiya, Koreya, Keniya, Qır­ğızıstanın bir sıra təhsil və elm müəssisələri­nin professor və müəllimləri, tələbələr iştirak ediblər.

Konfransı giriş sözü ilə universitetin rekto­ru, professor Abdugaffor Kirgizbayev açaraq tədbir iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Özbəkistandakı Heydər Əliyev Mədəniy­yət Mərkəzinin “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi çərçivəsində Daşkənd univer­sitetlərində Azərbaycan dilini tədris edən filo­logiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva “Azərbaycan təhsil müəssisələrindəki müasir inkişaf tendensiyaları və xarici təcrübələr” mövzusunda çıxış edib. O, Azərbaycan cə­miyyətində uşaqlara hər zaman xüsusi dövlət qayğısının olmasından, onların yüksək mənə­vi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetişmə­sində təhsil müəssisələrinin xüsusi rolundan danışıb.

Konfransda iştirak edən digər çıxışçılar da təhsil müəssisələrindəki təlim-tərbiyə üsulları, təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi, düzgün aparılan pedaqoji təcrübələr barədə fikir mübadiləsi aparıblar. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd

Son xəbərlər