Yenə də yağmursuz və dumanlı...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologi­ya Xidmətinin verdiyi məlumata əsasən, aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Gecə 14-18°, gündüz 24-29° isti olacaq. 

Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 27-32°, dağlarda gecə 7-12°, gündüz 18-23° isti olacaq. 

Q.QASIMOV
XQ

Ekologiya