Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qalib adını qazanıb.
İdmançı finalda Danil Lavrentevi (AİN) məğlub edərək qızıl medala layiq görülüb. Bununla da o, Azərbaycan cüdo tarixinə dördqat Avropa çempionu olan yeganə idmançı kimi düşüb.
Hidayət Heydərov bundan əvvəl 2017-ci, 2022-ci və 2023-cü illərdə böyüklər arasında qitə birinciliyinin qızıl mükafatına layiq görülüb.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kiloqram) gümüş medalın sahibi olub.
Aprelin 27-dək keçiriləcək Avropa çempionatında Azərbaycanı 13 cüdoçu təmsil edir.