Türkiyə–Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı

post-img

Aprelin 26-da Ağdam rayonu ərazisində yerləşən Türkiyə–Rusiya Birgə Monito­rinq Mərkəzinin təntənəli bağlanış mərasimi keçirilib.

Azərbaycan Respublikasının müda­fiə nazirinin birinci müavini – Azərbay­can Ordusunun Baş Qərargah rəisi, ge­neral-polkovnik Kərim Vəliyev, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Qərargah rəisi general-pol­kovnik Levent Ergün və Rusiya Federa­siyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-polkovnik Ser­gey İstrakov çıxış ediblər.

2021-ci ilin yanvar ayının 30-dan re­gionda sülhün və sabitliyin rifahı naminə vicdanlı və cəsarətli xidmətlərinə görə türkiyəli və rusiyalı hərbi qulluqçulara minnətdarlıq ifadə olunub, onlara gələ­cək xidmətlərində uğurlar arzulanıb.

Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayo­nunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingenti­nin də iki ölkənin ali rəhbərliyi arasında əldə olunan razılığa əsasən fəaliyyətini vaxtından əvvəl dayandıraraq ölkə əra­zisindən tam çıxarılması prosesinə baş­lanılıb.

Mərasimdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin iştirakı ilə bədii proqram təqdim edilib.

XQ

Son xəbərlər