Hərbi Prokurorluqda geniş kollegiya iclası

post-img

2023-cü ildə Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən adam öl­dürmə, qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma ci­nayətləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin vəziyyətinin, cinayət hadisələrinin baş verməsinin səbəb və şəraitinin, həmin cinayətlər üzrə istintaq təcrübəsi və məhkəmə nəticələrinin ümumiləşdirilməsinin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş prokurorun müavini – Hərbi pro­kuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, Azərbaycan Xalqı­nın Ümummilli lideri Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələblə­rinə uyğun reallaşdıran Prezident İlham Əliyevin hərtərəfli bilik və bacarığı, qətiy­yəti, yorulmaz fəaliyyəti ilə xalqın müdrik­liyinin və əzmkarlığının vəhdəti sayəsin­də dövlətimizin daha da qüdrətlənməsi və əhalinin rifahının bütün istiqamətlər üzrə yaxşılaşdırılması prosesinin davam­lılığı uğurla təmin olunur. O, həmçinin vurğulayıb ki, Prezidentin ölkəyə rəhbər­lik etdiyi 20 ildə əldə edilən misli görün­məmiş uğurlarda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın zəngin fəa­liyyəti də mühüm əhəmiyyət kəsb etmək­dədir.

Bundan sonra, məruzəçilər - İstintaq İdarəsinin rəisi, ədliyyə polkovniki Bəh­ruz Əhmədov və Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Hümmət Məmmədov kollegiya iclasının həsr olunduğu məsələlər barə­də çıxış edərək, bununla bağlı hesabat dövründə görülmüş işlərdən danışıb. Həmin cinayətlərin qarşısının alınması ilə əlaqədar hərbi prokurorluq orqanla­rının və aidiyyəti qurumların qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görülməli olan tədbirlər barədə məlumat veriblər. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev vurğulayıb ki, 2023-cü ilin birin­ci rübü ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 50 faiz, özünü öl­dürmə hadisələri 40 faiz azalıb, qəsdən adam öldürməyə cəhd cinayətləri isə ümumiyyətlə qeydə alınmayıb.

Kollegiya iclasına yekun vuran Hərbi prokuror diqqətə çatdırıb ki, cinayət ha­disələrinin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması istiqamə­tində Hərbi Prokurorluğun aidiyyəti qu­rumlarla birgə fəaliyyəti bundan sonra da uğurla davam etdiriləcək. 

XQ

Son xəbərlər