Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü hər yerdə olduğu kimi ölkəmizdə də qeyd olunub. Hüquq və İnsan Haqları İnstitutu Bakı Dövlət Universitetinin və Azərbaycan Nəşriyyatlar Assosiasiyasının birgə təşəbbüsü ilə təşkil olunan 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş kitab sərgisində iştirak edib. Sərgidə müxtəlif nəşriyyatların çap məhsulları ziyarətçilərə təqdim edilib. Hüquq və İnsan Haqları İnstitutunun təmsil olunduğu stenddə nümayiş olunan 25 adda 1001 nüsxədən ibarət kitab oxuculara hədiyyə olunub.
Qabil YUSİFOĞLU
XQ