Xarici İşlər Nazirliyində görüş və müzakirələr

post-img

Aprelin 19-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Fələstin Dövlətinin Baş naziri, eləcə də Xarici İş­lər və Xaricdə Yaşayan Fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildiriblər ki, te­lefon danışığı zamanı Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində du­ran məsələlər, habelə Qəzzadakı və­ziyyət müzakirə olunub.

Ceyhun Bayramov Baş nazir Məhəmməd Mustafaya bu əhəmiyyətli vəzifəyə təyinatı münasibətilə təbrikləri­ni çatdırıb. Baş nazir də öz növbəsində ölkəmizi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Kon­fransının 29-cu sessiyasına (COP29) sədrliyi münasibətilə səmimi-qəlbdən təbrik edib.

Azərbaycanın Fələstin məsələsi­nin beynəlxalq hüququn normaları, o cümlədən BMT Təhlükəsizlik Şurası­nın müvafiq qətnamələrinə əsasən “iki dövlət həlli”nin tərəfdarı olduğunu hər zaman dəstəklədiyini, bu istiqamətdə milli səviyyədə, o cümlədən, Qoşulma­ma Hərəkatına sədrlik dönəmində mü­naqişənin nəticələrinin aradan qaldırıl­ması sahəsində əməli addımlar atdığı diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Bir­ləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi (UNRWA) vasitəsilə Fələstinə göstərdiyi 2 milyon ABŞ dolları məbləğində yardımı, eləcə də fələstinli tələbə və diplomatlar üçün təlim-tədris proqramlarının mövcudluğu məmnunluqla qeyd olunub.

***

Aprelin 19-da Xarici İşlər naziri Ceyhun Bayramov Əlcəzairin ölkə­mizdəki səfiri Abdelvahab Osmanı diplomatik fəaliyyətinin başa çatma­sı münasibətilə qəbul edib. 

Ceyhun Bayramov ölkəmizdə fəa­liyyəti dövründə Azərbaycan və Əlcə­zair arasında münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Abdelvahab Osmana təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Azərbaycanla Əlcəzair ara­sında artan tərəfdaşlığın, dost müna­sibətlərin, yüksək səviyyəli təmasların məmnunluq doğurduğunu vurğulayıb­lar. 

Keçmiş Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı Əlcəzairin, Azər­baycanın beynəlxalq hüquqa əsas­lanan mövqeyinə hər zaman dəstək olmasının tərəfimizdən yüksək qiymət­ləndirildiyi diqqətə çatdırılıb. 

***

Həmin gün Xarici İşlər naziri Cey­hun Bayramov İtaliyanın ölkəmiz­dəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurini də diplomatik fəa­liyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə Azərbaycan və İtaliya ara­sında mövcud çoxölçülü strateji tərəf­daşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov ölkəmizdə fəa­liyyəti dövründə Azərbaycan və İtaliya arasında münasibətlərin inkişafı is­tiqamətində göstərdiyi səylərə görə sə­fir Klaudio Taffuriyə təşəkkür edib, ona gələcək fəaliyyətində davamlı uğurlar arzu edib.

XQ



Son xəbərlər