Aprelin 16-da Xankəndi şəhəri ərazisində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 tüfəng, 1 qumbara, 1 alışdırıcı, 14 patron darağı, 1195 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Məlumatı DİN mətbuat xidməti yayıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
P.ƏMİRCANOV
XQ