Komitə sədri təqdim olunub

post-img

Aprelin 9-da Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva ölkə başçısının sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuş Ramin Məmmədovu kollektivə təqdim edib.

Prezident Administrasiyasının şöbə müdiri ölkəmizdə nümunəvi dövlət-din münasibətlərinin formalaşmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı ol­duğunu qeyd edib. Bildirib ki, dövlət-din münasibətləri hər zaman prioritet sahə kimi Prezident İlham Əliyevin diqqət mərkəzində olmaqla yanaşı, həm də bu istiqamətə xüsusi qayğı göstərilir. Son il­lər dini sahədə həyata keçirilən islahatla­rın önəmini vurğulayan F.Əliyeva Dövlət Komitəsinin qarşısında duran vəzifələrlə bağlı müvafiq tövsiyələri diqqətə çatdırıb. 

Komitənin sədri Ramin Məmmə­dov dövlətimizin başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşək­kürünü bildirib. Prezident İlham Əliyevin dövlət-din münasibətləri sahəsində qar­şıya qoyduğu hədəflərin layiqincə yerinə yetirilməsi, qurumun fəaliyyətinin təkmil­ləşdirilməsi üçün səylərini əsirgəməyəcə­yini qeyd edib. 

XQ

Son xəbərlər