Ceyhun Bayramov Qırğızıstanda

post-img

Qırğız Respublikasının Prezidenti Sadır Japarov bu ölkəyə rəsmi səfəri çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovu qəbul edib. 

Görüşdə Ceyhun Bayramov tarixi, mədəni və dini ortaqlıqları bölüşdüyümüz qardaş Qırğız Respublikası ilə ölkəmiz arasında təşəkkül tapmış strateji tərəf­daşlıq münasibətlərinin günbəgün daha da güclənməsinin, həmçinin məzmunca zənginləşməsinin məmnunluq doğurdu­ğunu vurğulayıb. 

Ölkələrimiz arasındakı fəal siyasi dia­loqun ticarət-iqtisadi, humanitar, mədəni, təhsil və digər sahələrdə ikitərəfli uğurlu əməkdaşlığımızı şərtləndirdiyi diqqətə çatdırılıb. Orta Dəhlizin tranzit imkanla­rından Mərkəzi Asiya ölkələrinin, o cüm­lədən Qırğızıstanın faydalanmasının iki ölkə arasında iqtisadi əməkdaşlığın güc­ləndirilməsinə təkan verəcəyi qeyd olu­nub. Beynəlxalq və regional təşkilatlar, xüsusilə BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində və digər platformalarda ölkələrimiz ara­sında koordinasiyalı fəaliyyətin və qarşı­lıqlı dəstəyin bundan sonra da davam et­dirilməsinin əhəmiyyəti vurğulanıb. Türk Dövlətləri Təşkilatının bu ilin iyulunda Şu­şada, oktyabrında isə Qırğızıstanda keçi­riləcək qeyri-rəsmi və rəsmi sammitlərin önəmi diqqətə çatdırılıb. Azərbaycanın bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çər­çivə Konvensiyasının Tərəflər Konfran­sının 29-cu sessiyasına (COP29) evsa­hibliyi edəcəyi və bu çərçivədə ölkəmizlə Qırğızıstan arasında fəal əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.

Prezident Sadır Japarov son illər döv­lətlərarası münasibətlərimizin daha da dərinləşdiyini və dövlət başçıları səviyyə­sində Dövlətlərarası Şuranın fəaliyyətin­dən məmnun olduğunu bildirib.

Tərəflər Qırğızıstan Prezidentinin ölkəmizə qarşıdan gələn səfəri ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparıb­lar.

***

Həmin gün Azərbaycanın xarici iş­lər naziri Ceyhun Bayramov Qırğızıs­tanın xarici işlər naziri Ceenbek Kulu­bayev ilə görüşüb.

Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, COP29-a hazırlıq işləri, habelə regionda mövcud vəziyyət müza­kirə olunub.

Qırğızıstanın sülh və quruculuq pro­sesinə dəstəyinin yüksək qiymətləndi­rildiyi, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəbin bu dəstəyin bariz nümunəsi olduğu vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra nazirlər mətbuat konfransında bəyanatla çıxış ediblər.

***

Dünən Ceyhun Bayramov Qırğı­zıstan parlamentinin sədri Nurlanbek Şakiyev ilə də görüşüb.

Görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə strateji əməkdaşlıq münasibətləri, əməkdaşlığın perspektiv­ləri, xüsusilə parlamentlərarası müstə­vidə ölkələrin bir-birinin mövqeyinə qar­şılıqlı dəstək göstərməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər