İqtisadi Şuranın növbəti iclası

post-img

Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə aprelin 8-də Şuranın növbəti iclası keçirilib. 

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, iclasda makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziy­yət və siyasət istiqamətləri, o cümlədən pul siyasətinin əsas istiqamətləri, bank və sığorta sektorunun inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı, ər­zaq təhlükəsizliyi, torpaqlardan səmərəli istifadənin və aqrar ixracın cari vəziyyə­ti, 2024–2030-cu illər üzrə çağırışlar və hədəflər, İslam maliyyəsi (bankçılığı) ilə bağlı görüləcək işlər, Gömrük Rəsmiləş­dirilməsi Platformasında süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analiz Sisteminin tətbiqi barədə və digər cari məsələlər geniş müzakirə olunub. 

İclasda Mərkəzi Bankın sədri Ta­leh Kazımovun, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun və iqtisadiyyat nazirinin müavini Səməd Bə­şirlinin məruzələri dinlənilib.

Sonda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. 

XQ

Son xəbərlər