“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş

post-img

Ekologiya və təbii sərvətlər naziri, COP 29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb. 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azər­baycan Respublikasının Prezident Administrasiyasının Humanitar si­yasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksə­liş” müsabiqəsinin təşkilat komitəsinin sədri Fərəh Əliyeva, energetika nazi­rinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Solta­nov, ekologiya və təbii sərvətlər naziri­nin müavini Umayra Tağıyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev, Milli Məclisin depu­tatı, COP29 üzrə BMT-nin İqlim Dəyi­şikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, COP29-un gənc iqlim çempionu Leyla Həsənova da iştirak edib.

Görüşdə ölkəmizin bu il evsahibli­yi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf­lər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadilə­si aparılıb.

Nazir COP29-un ölkəmizdə uğurla keçirilməsində “Yüksəliş” müsabiqəsi qaliblərinin prosesə cəlb edilməsinin əhəmiyyətini vurğulayaraq onları la­yihə təkliflərinin hazırlanması və icra­sında yaxından iştiraka səsləyib, bu cür görüşlərin gələcəkdə də keçirilmə­sinin zəruriliyini vurğulayıb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqə­si Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncam­la intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiya­tı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

XQ

Son xəbərlər