Tarix qırğınları ittiham edir

post-img

Erməni millətçilərinin xalqımıza qarşı XX əsr boyunca həyata keçirdiyi soyqırımı və deportasiya ilə bağlı Azərbaycan Turizm və Menecment Universitetində də anım mərasimi keçirilib.

Universitetin rektoru İlham Mədə­tov XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdı­rılan ermənilərin “böyük Ermənistan” adlı qondarma ideyanın gerçəkləşməsi yolunda azərbaycanlılara qarşı törət­dikləri soyqırımı aktlarının zaman-za­man təkrarlandığından söz açıb. 

Ali məktəbin “Heydər Əliyev” lekto­riyasının rəhbəri, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı 1918-ci ilin mart ayında silahlı erməni millət­çilərinin Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Lənkəranda, Salyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və digər bölgələrdə kütləvi qətliamlar törətdiyini, on minlərlə soydaşımızın qəddarlıqla öldürüldüyünü qeyd edib. O, Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə soyqı­rımı qurbanlarının xatirəsini əbədiləş­dirmək məqsədilə Qubada Memorial Kompleks yaradılmasının əhəmiyyətini vurğulayıb.

İctimai fənlər kafedrasının profes­soru Minəxanım Əsədli isə 1918-ci ilin iyununda qardaşı Azərbaycanın kömə­yinə gələn Qafqaz İslam Ordusunun qəhrəmanlığından bəhs edib. 

Zərifə HÜSEYNOVA
XQ

Son xəbərlər