Göyçayın işıqları daha gur yanacaq

post-img

“Azərişıq” ASC Göyçayda da əsaslı təmir və yenidənqurma işləri aparır. Rayon ərazisində istismar müddəti bitmiş dayaqlar yenilənir, izolyasiyalı kabel xətləri çəkilir.

“Azərişıq”dan verilən mə­lumata görə, şəhərlə yanaşı, Göyçayın kəndlərinin daha keyfiyyətli və dayanıqlı elekt­rik enerjisi ilə təmin edilmə­si məqsədilə Mırtı kəndində 35/10 kV-luq yeni yarımstan­siyanın tikintisi davam etdirilir. Bu yarımstansiyaya 35 kV-luq 7,5 kilometr uzunluğunda hava xətti çəkilir. 

Mırtı yarımstansiyası ra­yonun 12 kəndini – Ləkçıl­paq, Yalman, Qaraxıdır, Mırtı, Alıkənd, Cırqurd, Şəkər, Vey­səlli, Çaxırlı, Alpout, Bəydö­vül və Qaraman kəndlərinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Yarımstansiya tikilib istismara verildikdən sonra 5 min abonent fasiləsiz və daya­nıqlı elektrik enerjisi ilə təmin olunacaq.

Hazırda 110/35/10 kV-luq Göyçay yarımstansiyasından qidalanan 10 kV-luq 5-ci şəhər hava xəttini əhatə edən küçə və məhəllələrdə işlər davam etdirilir. Həmçinin, 0.4 kV-luq elektrik veriliş xətlərində köhnə tipli naqillər, dayaqlar və sayğaclar yeniləri ilə əvəz­lənir. Ümumilikdə, İnvestisi­ya Proqramına uyğun olaraq ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrin elektrik şəbəkəsi yenilənir.

XQ

Son xəbərlər