Moskvada Müstəqil Dövlət Birliyinə üzv dövlətlərin Beynəlxalq İqtisadi Forumu keçirilib. Azərbaycanı tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov təmsil edib.
İştirakçılar MDB ölkələrinin logistika, gömrük, tikinti, sənaye kooperasiyası, miqrasiya siyasəti, tibb, turizm, davamlı inkişaf və digər sahələr üzrə əməkdaşlığının aktual mövzularını müzakirə ediblər. Forumun “Dialoqdan birgə layihələrə” devizi MDB, Avrasiya İqtisadi İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatının inteqrasiyasının dərinləşməsinə və əməkdaşlığının möhkəmlənməsinə, onların davamlı inkişafına və bu inteqrasiya birliklərinin xalqlarının rifahının təmin olunmasına töhfə verən çoxcəhətli prosesdir.
XQ