Moldova AŞPA-da ölkəmizi dəstəkləyir

post-img

Moldovanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyəti AŞPA-ya məktub ünvanlayıb. 

Məktubda AŞPA-nın bu ilin yanvar sessiya­sında qəbul edilmiş qərardan sonra təşkilat ilə Azərbaycan arasında yaranmış uçurumun ara­dan qaldırılması üçün Avropa Şurası Parlament Assambleyasına və Azərbaycan Respublikası­nın Milli Məclisinə birlikdə çalışmaq üçün çağı­rış ünvanlanıb.

Sənəddə digər üzv dövlətlər kimi, Azərbay­canın da AŞPA-dakı nümayəndə heyəti va­sitəsilə təşkilatın dəyərlərinin və prinsiplərinin irəlilədilməsinə dəstək göstərdiyi qeyd edilib, habelə Avropada təhlükəsizliyə və sülhə mü­hüm çağırışların olduğu bir dövrdə bütün prob­lemlərin AŞPA çərçivəsində parlamentlərarası dialoq vasitəsilə həllinin vacibliyi bildirilib. 

Məktubda, həmçinin Azərbaycan nümayən­də heyətinin AŞPA-nın işində iştirak edə bil­məməsinin nə təşkilata, nə də təşkilata üzv dövlətlərə uzunmüddətli fayda gətirmədiyi vur­ğulanıb.

XQ

Son xəbərlər