Xankəndidə yeni silah-sursatlar tapılıb

post-img

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən ümumilikdə 6 avtomat silahı, 1 tapança, 6 tüfəng, 19 qumbara, 1 saatlı bomba, 19 alışdırıcı, 50 patron darağı, 6321 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri də davam etdiriblər. Nəticədə paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd müxtəlif markalı tüfəng təhvil götürülüb. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər