Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.
DİN mətbuat xidmətinin məlumatına görə, martın 16-da və 17-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 9 qumbara, 14 tüfəng və 248 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
Eyni zamanda, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər həyata keçirilib. Martın 16-da və 17-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tapança, 14 tüfəng, 2 patron darağı və 11 ədəd patron aşkar edilərək götürülüb.
P.ƏMİRCANOV
XQ