Türkiyə və Gürcüstan baş diplomatları XİN-də

post-img

Martın 15-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Təkbətək görüş zamanı Azər­baycan ilə Türkiyə arasında möv­cud müttəfiqlik münasibətlərinin inkişaf perspektivləri, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov qar­daşlıq və dostluğa əsaslanan Azərbaycan–Türkiyə münasibət­lərinin inkişafında müşahidə olu­nan dinamikanın, xüsusilə müt­təfiqlik əlaqələrimizi təsbit edən Şuşa Bəyannaməsinin imzalan­ması ilə yeni müstəviyə qədəm qoyan əlaqələrimizin məmnunluq doğurduğunu qeyd edib. İkitərəfli müttəfiqlik münasibətlərinin regi­onal, habelə beynəlxalq platfor­malar çərçivəsində özünü nüma­yiş etdirdiyi, qarşılıqlı dəstək və həmrəyliyimizi möhkəmləndirdiyi diqqətə çatdırılıb.

Qarşı tərəf cari regional vəziy­yət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, qarşıda duran çağırışlar barədə ətraflı məlumatlandırılıb. Ölkəmizin sülh prosesinin irəlilə­dilməsində qərarlı olduğu diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, həmçinin ölkəmizdə keçiriləcək COP29-a hazırlıq işlərindən irəli gələn məsələlərdən bəhs edib. 

Nazir Hakan Fidan yüksək qonaqpərvərliyə, habelə Azər­baycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üç­tərəfli görüşünün uğurlu təşkilat­çılığına görə həmkarına təşəkkür edib, görüş çərçivəsində qəbul olunmuş Bakı Bəyannaməsinin regional əməkdaşlığın inkişafına töhfə verəcəyinə dair inamını ifa­də edib. Hakan Fidan Türkiyənin COP29 çərçivəsində də qardaş Azərbaycanla əməkdaşlıq etmək­dən məmnunluq duyacağını vur­ğulayıb.

***

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görü­şündə iştirak məqsədilə ölkəmiz­də səfərdə olan Gürcüstanın xa­rici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.

Tərəflər ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsinin regional əməkdaş­lığa öz töhfəsini verəcəyini əmin­liklə vurğulayaraq, bu istiqamətdə yüksək səviyyəli təmasların və siyasi məsləhətləşmələr mexa­nizminin əhəmiyyətini diqqətə çatdırıblar. 

Xüsusilə iqtisadi sahədə əməkdaşlıq üçün mövcud poten­sialdan istifadənin, birgə layihələ­rin uğurla həyata keçirilməsinin zəruriliyi bildirilib, bu xüsusda Azərbaycan ilə Gürcüstan arasın­da Birgə Hökumətlərarası Komis­siyanın fəaliyyətinin vacib rolun­dan bəhs edilib.

Postmünaqişə dövründə möv­cud regional vəziyyət, ölkəmizin bərpa, quruculuq, habelə sülh təşəbbüsləri barədə qarşı tərə­fi ətraflı məlumatlandıran Cey­hun Bayramov keçmiş Ermənis­tan-Azərbaycan münaqişəsinin həll olunması ilə regional əmək­daşlığın gücləndirilməsi üçün münbit şəraitin yarandığını deyib. 

Nazir İliya Darçiaşvili Azər­baycan, Gürcüstan və Türkiyə xa­rici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün uğurlu təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib, Tbilisinin bu format çərçivə­sində regional əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı ol­duğunu diqqətə çatdırıb.

XQ

Son xəbərlər