Əlahiddə Ümumqoşun Ordunun Raket və Artilleriya birləşmə, hissə və bölmələrində döyüş hazırlığı üzrə praktiki məşğələlər poliqon və təlim sahələrində davam etdirilir.
Məşğələlərə özüyeriyən və yedəklənən artilleriya qurğuları, “Qasırğa”, “Smerc”, “Qrad” yaylım atəşli reaktiv sistemlər, minaatan batareyaları və radiolokasiya kəşfiyyat kompleksləri cəlb olunur. Əsas diqqət pilotsuz uçuş aparatlarından və qoşun kəşfiyyatı vasitələrindən istifadə etməklə şərti düşmən fəaliyyətinin izlənilməsi, hədəflərin aşkarlanması, atəş tapşırıqlarının yerinə yetirilməsi üzrə şəxsi heyətin praktiki vərdişlərinin artırılmasına yönəldilir.
Təlimdə hədəflərin koordinatlarının dəqiq təyin edilməsi atəş tapşırıqlarının səmərəli həllində şəxsi heyətin hazırlığına öz müsbət təsirini göstərir.
XQ