Baş prokuror Suraxanıda vətəndaşları qəbul edib

post-img

Martın 15-də Baş prokuror Kamran Əliyev Suraxanı Rayon Prokurorluğunun inzibati binasında Bakı şəhərinin Suraxanı və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 49 nəfər vətən­daşın müraciətində konkret cinayət işləri­nin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmə­də baxılan cinayət işləri üzrə dövlət ittiha­mının müdafiəsinə dair məsələlərin bila­vasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Kamran Əliyev pro­kurorluq əməkdaşlarına konkret tapşı­rıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düz­gün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

XQ

Son xəbərlər