Bakıda və rayonlarda baş vermiş yanğınlar söndürülüb

post-img

Fövqəladə Hallar Nazirliyinin (FHN) bu günə olan məlumatına görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Bundan əlavə, Goranboy rayonunun Borsunlu kəndində ümumui sahəsi 108 m² olan tövlədə baş vermiş yanğın söndürülüb, bitişik tikililər yanğından mühafizə olunub. 

Bakının Binəqədi rayonundakı köşkdə, Xəzər rayonundakı ümumi sahəsi 60 m² olan qarajda, Ağstafa rayonunun Dağ Kəsəmənli kəndində binanın dam örtüyündə,

Şirvan şəhərində ümumi sahəsi 21 m² olan 3 otaqdan ibarət tikilidə baş vermis yanğın hadisələrinin qarşısı alınıb. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər