İsmail Serageldin: Qlobal Bakı Forumu məxsusi təcrübəyə və müdrikliyə malik tanınmış insanları bir araya gətirən unikal azadlıq məkanıdır

post-img

Qlobal Bakı Forumu məxsusi təcrübəyə və müdrikliyə malik, fərqli rəyləri söyləyən tanınmış insanları bir araya gətirən unikal azadlıq məkanıdır və orada onlar təhdidləri azaltmaq və vədləri həyata keçirmək üçün bütün həmin məsələlərlə bağlı öz fikirlərini ifadə edə bilərlər.

AZƏRTAC xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

“Bütün bu və ya digər məsələləri müzakirə etmək, söhbətlərdə ümumbəşəri dəyərlərə sadiq olmaq, arqumentlərdə rasionallığı göstərmək üçün imkan yaranır və onlar öz müdrikliklərinə əsaslanaraq bilik və təcrübələrini təsdiq edirlər. Ümid edirik ki, həmin müzakirələrin nəticələri təhlillərə imkan yaradacaq və BMT-nin qarşıdan gələn sammitini və bu ilin sonunda COP29 görüşlərindəki müzakirələri zənginləşdirəcək.

Siyasət