Əməliyyat nəticəsində 19,6 kiloqramdan artıq narkotik tutulub

post-img

Martın 12-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 19,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.   
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,8 kiloqramdan artıq heroin, 9,5 kiloqramdan çox marixuana və 8,3 kiloqrama yaxın tiryək olub.

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş C.Soltanov Xaçmaz, R.Salamov isə Sabunçu dəmir yolu stansiyaları ərazisində saxlanılıblar. R.Salamovdan 470 qram, C.Soltanovdan isə 235 qram marixuana aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər