“Avropanın Ermənistanın ərazi bütövlüyünü tanıması, lakin KTMT və Rusiyanın tanımaması ilə bağlı sualınıza, ilk növbədə demək istəyirəm ki, bu, Moskvada təsir imkanlarının olmaması bizim diplomatiyamızın məğlubiyyətidir. Minskdə təsir imkanları yoxdur və bu ölkələr Azərbaycanın tərəfindədir”.
Bunu Ermənistan mətbuatına müsahibəsində Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.
“Bu diplomatik oyunu oynaya bilməməyimiz qismən, tamamilə yox, qismən də bizim məsuliyyətimizdir. Düzdür, onlar indi Azərbaycandan asılıdırlar. Onların həm Türkiyə ilə, həm də Azərbaycanla yaxın münasibətləri var, maraqları üst-üstə düşür, amma bununla işləmək lazım idi, biz bunu etmədik. Onların (KTMT və Rusiyanın - red.) Ermənistanın dəqiq sərhədinin olduğunu tanımaması çox pisdir, pislənməlidir. Ancaq Ermənistanda hərbi təlimlər keçirməyi təklif etdilər, bizə real hərbi texnika verməyi təklif etdilər, biz bundan imtina etdik.
Qərbdə Rusiyanı necə əvəz edə bilərik? Biz KTMT-dən alternativsiz ayrılırıq, bizə gözəl vədlərdən başqa heç nə demirlər. Deyirlər ki, Rusiya bizim təhlükəsizliyimizə təhlükə yaradır.
Biz regionumuzda “Niyə NATO qüvvələrini və avropalı müşahidəçiləri bura gətirirsiniz?” deyən bütün qonşularla düşmənçilik edirik. Bu qatarın uçuruma getməsi üçün hər şeyi edirlər. Biz 100 il əvvəl olduğu kimi tam blokadada qalacağıq”, - professor bildirib.
S.ELAY
XQ