WSJ: Pentaqon Ukraynanı daha uzun mənzilli ATACMS raketləri ilə təchiz etməyə hazırdır
ABŞ Müdafiə Nazirliyi Ukraynaya hazırda Kiyevə veriləndən daha uzun mənzilli ATACMS taktiki ballistik raketləri verməyə hazırdır. Bu barədə “The Wall Street Journal” Amerika administrasiyasının rəsmilərinə istinadən yazır.
Qeyd olunur ki, Ukrayna dəfələrlə ABŞ-dan Krım yarımadasına hücumlar üçün 290 km-ə qədər mənzilli ATACMS raketlərinin verilməsini xahiş edib. Bundan öncə ABŞ bu raket sistemini Kiyevə verməkdən imtina edirdi. Vaşinqton imtinanın səbəbi kimi bildirirdi ki, ATACMS ABŞ-ın özünə lazımdır.
WSJ-nin məlumatına görə, Pentaqon indi uzaqmənzilli ATACMS təmin etməyə hazırdır, çünki ABŞ indi yeni PrSM dəqiqlikli raketlərindən istifadə edə bilər. C.Baydenin tədarüklərə razı olub-olmayacağı məlum deyil.
Bir gün əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirmişdi ki, hələlik ölkə rəhbərliyinin Ukraynaya ATACMS ballistik raketlərinin mümkün tədarükü ilə bağlı heç bir açıqlaması yoxdur.
S.ELAY
XQ