Ermənistanda konstitusiya islahatı layihəsi artıq hazırdır

post-img

Artıq Ermənistanda konstitusiya islahatları konsepsiyasının layihəsi hazırlanıb. 

XQ Caliber.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ədliyyə Nazirliyi erməni mətbuatının yazılı sorğusuna cavab olaraq məlumat verib.

Nazirlik ölkənin əsas qanununun hansı maddələrinə yenidən baxılmasının nəzərdə tutulduğunu açıqlamayıb, lakin qeyd edib ki, konsepsiya layihəsində idarəetmə forması, prezidentin səlahiyyətlərinin əhatə dairəsi, 2-ci və 3-cü fəsillər arasında qarşılıqlı əlaqənin aradan qaldırılması, fundamental insan hüquqları üzrə fəsildə sosial, iqtisadi və mədəni hüquqların konsolidasiyası ilə bağlı müddəalar var.

Layihə həmçinin, dövlət orqanlarının və xüsusən də muxtar strukturların yaradılmasını; bir sıra vəzifələr üçün yaşayış yeri və vətəndaşlıqla bağlı məhdudiyyət tətbiq edilib. Bununla yanaşı, dövlət səlahiyyətlərinin özəl qurumlara verilməsini nəzərdə tutan müddəa da var.

Nazirlikdən bildirilib ki, konstitusiya islahatları komissiyasına hüquqşünas-alim David Akopyan rəhbərlik edir. Komissiyanın tam tərkibi açıqlanmır.

Baş nazir Nikol Paşinyan yanvarın 19-da hökumətin iclaslarından birində yeni Konstitusiyaya ehtiyacdan danışıb. Onun sözlərinə görə, ölkəni “yeni şəraitdə daha rəqabətqabiliyyətli və həyat qabiliyyətli” edəcək yeni fundamental qanuna ehtiyac var.

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər