Kreml Parisin Ukraynaya qoşun göndərmək niyyətini təhlükəli hesab edir

post-img

Kreml Parisin Ukraynaya qoşun göndərməyə hazır olan ölkələrin koalisiyasını yaratmaq xəttini çox təhlükəli hesab edir. Rusiya mediası xəbər verir ki, bunu bazar ertəsi, martın 11-də keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Məlumatı “Anadolu” verib.

“Ümumiyyətlə, müzakirələrin genişlənməsi və Parisin müəyyən kontingenti göndərməyə hipotetik hazır olduqlarını bəyan edən ölkələrin koalisiyasını birləşdirmək cəhdlərindəki israrlı fəaliyyəti, əlbəttə ki, gərginliyi artırmaq üçün birbaşa xəttdən başqa bir şey deyil. Bu, təhlükəli xəttdir, çox təhlükəlidir”, - Kreml sözçüsü bildirib.

Peskov qeyd edib ki, bu xətt “potensial olaraq çox arzuolunmaz nəticələrə səbəb ola bilər. Biz bunu çox diqqətlə izləyirik".

Rusiya mətbuatının məlumatına görə, bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski Polşanın NATO-ya üzvlüyünün 25-ci ildönümünə həsr olunmuş konfrans zamanı NATO qoşunlarının artıq Ukraynada olduğunu bildirmişdi. Eyni zamanda, Sikorski hansı ölkələrdən olan hərbçilərdən söhbət getdiyini açıqlamayıb.

Peskov bildirib ki, Rusiya xüsusi xidmət orqanlarında NATO ilə əlaqəli şəxslərin Ukraynada olması barədə çoxdan məlumat var: “Bilirsiniz ki, bizim müvafiq xidmətlərimiz çoxdan bu və ya digər şəkildə, özlərini müşavir adlandıran şəxslərin, NATO ilə birbaşa əlaqəsi olan şəxslərin Ukrayna ərazisində olması barədə məlumatlara malikdir”.

Peskov Kiyevin və Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratmaq niyyətini “ən böyük səhv” adlandırıb.

O, təəssüflə qeyd edib ki, danışıqlara çağırışlar, o cümlədən Papanın son çağırışı “bu yaxınlarda Kiyev rejimi tərəfindən tamamilə sərt təkziblə qarşılaşıb”.

 

P.ƏMİRCANOV

XQ

Dünya