Bayram günlərində "802 Qaynar Xətt"i vətəndaşlara vatsap üzərindən xidmət göstərəcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə “802 Qaynar Xətt” cari il mayın 27-dən 30-dək qeyri-iş günlərində vatsap vasitəsilə fəaliyyətini davam etdirəcək.

Bu barədə XQ-yə İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, vətəndaşlar rəsmi vatsap nömrəsi ((055) 600 08 02) vasitəsilə sorğularını göndərə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı suallarına cavab və yönləndirici məlumat əldə edə bilərlər.

Sosial həyat