Milli Məclisdə görüşlər

post-img

Martın 4-də Milli Məclisin Sədri Sahibə Qafarova Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

S.Qafarova bildirilib ki, Azərbaycan və Bolqarıstan dost, strateji tərəfdaş ölkələrdir. 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldırıb. Parlamentin sədri yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətini vurğulayıb. 

Görüşdə dövlətlərarası münasibətlərin inkişafında enerji sahəsində əməkdaşlığın əsas yer tutduğu vurğu-lanıb, iqtisadiyyat, enerji, elm-təhsil, mədəni və humanitar sahələrdə də əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

İki ölkənin parlamentləri arasında beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın daha da inkişafının önəmini qeyd edən S.Qafarova bir sıra qurumların Azərbaycana qarşı ikili standartlar nümayiş etdirdiklərini deyib, AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qərarının ikili standartlardan başqa bir şey olmadığını bildirib. 

Rosen Jelyazkov Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin uğurla başa çatması və Prezident İlham Əliyevin inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb. 

Ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı ol-duğunu deyən Rosen Jelyazkov yaşıl enerji layihəsi çərçivəsində Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətində olduğunu qeyd edib. Həmçinin Bolqarıstanın “Həmrəylik Halqası” layihəsi üzrə əməkdaşlığın inkişafında maraqlı olduğu bildirilib. 

Rosen Jelyazkov ölkəmizi COP29-a ev sahibliyi münasibətilə təbrik edib.

 ***

Dünən Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Avstriya–Cənubi Qafqaz dostluq qrupunun rəhbəri Andreas Minnixin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Spiker Azərbaycan və Avstriyanın dost və tərəfdaş ölkələr olduğunu, yük-sək səviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. 

Görüşdə bəzi beynəlxalq təşkilatlar-da Azərbaycana qarşı ikili standartların olduğunu qeyd edən S.Qafarova deyib ki, Azərbaycan öz torpaqlarını azad et-dikdən sonra təzyiqlərlə üzləşib ki, bu da ikili standartların bariz nümunəsidir. Bir sıra təşkilatlarda islamofobiya, azərbaycanofobiya hökm sürür. Avro-pa Şurası Parlament Assambleyası-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsi ciddi tənqid olunub və AŞPA tərəfindən atılan bu addımın ikili standartların daha bir nümunəsi olduğu bildirilib. 

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Andreas Minnix ölkəmizə səfərlərinin məqsədi, səfər çərçivəsində keçirilən görüşlər haqqın-da məlumat verib. Bu görüşlərin parlamentlər arasında əlaqələrin inkişafında oynadığı rolu diqqətə çatdırıb. O, Azərbaycanın COP29-a evsahibliyi etmək üçün seçilməsi münasibətilə təbriklərini çatdırıb, ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikirlərini bildirib. 

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər