Qazaxıstanda zəlzələ nəticəsində tələfat və dağıntı yoxdur

post-img

Qazaxıstanın Almatı şəhərində baş verən zəlzələdən sonra insan tələfatı və dağıntı olmayıb. Bu barədə martın 4-də Almatı şəhərinin fövqəladə hallar departamentinin rəhbəri Nurlan Atıqayev məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb

“Hazırda tələfat və dağıntı qeydə alınmayıb, Fövqəladə Hallar Departamenti operativ qaynar xətt yaradıb”, - deyə Atıqayev bildirib.

O əlavə edib ki, zəlzələ ilə əlaqədar Almatı şəhərinin meri (rəhbəri) Erbolat Dosayevin rəhbərliyi ilə şəhərə operativ qərargah yerləşdirilib. Atıqayev xəbərdarlıq edib ki, təkrar təkanların baş verməsi riski var.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər