Pakistanda çovğun 27 nəfərin həyatına son qoyub

post-img

Pakistanın Hayber-Paxtunxva əyalətində yağan yağış və qar nəticəsində 18-i uşaq olmaqla azı 27 nəfər ölüb. Bu barədə martın 4-də “Dawn” qəzetinə istinadən “İzvestiya.ru” məlumat yayıb.

Həmçinin, son iki gün ərzində 20-si uşaq olmaqla azı 38 nəfər xəsarət alıb. Gilgit-Baltistan əyalətində pis hava şəraiti səbəbindən yollar bağlanıb, elektrik və su təchizatı zədələnib.

Bundan əlavə, torpaq sürüşmələri paytaxt İslamabadı ölkənin şimal-qərbi ilə birləşdirən Karakoram şosesini bağlayıb.

 

P.ƏMİRCANOV

XQ

Dünya