Silah-sursatların təhvil verilməsi davam etdirilir

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib. 

Martın 2-də və 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 3 ədəd tüfəng, 9 patron darağı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davamlı olaraq həyata keçirilir. Martın 2-də və 3-də keçirilmiş əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 8 ədəd müxtəlif markalı tüfəng və 11 ədəd patron aşkar edilərək götürülüb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər