Ermənistan Rusiyaya etiraz notası göndərib

post-img

Ermənistan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərib. Bu barədə Ermənistan KİV-lərində yayılan məlumatda bildirilib.

Buna səbəb kimi Rusiyanın televiziya yayımı standartlarını pozduğu göstəri­lib. “Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlığa dair dövlətlərara­sı saziş çox güman ki, təkmilləşdirilməlidir və ya redaktə edilməlidir. İki ölkənin sə­lahiyyətli rəsmiləri arasında müzakirələr­dən iki ay sonra yenidən qanun pozuntu­su qeydə alınıb”, - yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan vurğulayıb.

Son xəbərlər