Ermənistanın dezinformasiya maşını fəaliyyətini davam etdirir

post-img

Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial media kanalları Laçın istiqamətində guya bu gün səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar.

Bu barədə Azərbaycanın Müdafiə Na­zirliyindən məlumat verilib.

“Təqdim olunan videonun metaməlu­matlarının tədqiqi və aparılan qısa araş­dırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş videogörüntülərin bugünkü ha­disə ilə heç bir əlaqəsi yoxdur”, – deyə nazirliyin məlumatında vurğulanıb.

Son xəbərlər