Milli Məclisdə ölkənin su problemləri dinləməsi

post-img

Dünən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və Aqrar siyasət komitəsinin birgə təşkilatçılığı ilə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçirilib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu gün dünyada baş verən iqlim dəyişikliklərinin, müharibələrin, dövlətlər-arası münasibətlərin pozulmasının su təsər­rüfatında və onun idarə olunmasında ciddi problemlər yaratdığını və bu problemlərin Azərbaycandan da yan keçmədiyini deyib. Azərbaycanda bu sahədə uğurlu layihələrin həyata keçirildiyini qeyd edən komitə sədri görülən işlərin, nəzərdə tutulan tədbirlərin su təsərrüfatı sahəsindəki problemlərin həllinə böyük inam yaratdığını bildirib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov su çatış­mazlığı probleminin yaranma səbəblərin­dən, onun canlı aləmə təsirlərindən söz açıb. Etibarlı su təchizatını yeni minillikdə hər bir ölkənin qarşısında duran strateji məsələ adlandıran komitə sədri su təhlükəsizliyini ölkənin milli təhlükəsizliyinin tərkib hissə­si kimi xarakterizə edib, ölkə Prezidentinin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda su təminatı ilə bağlı həyata keçirilən nəhəng layihələrdən danışıb. 

Dövlət Su Ehtiyatları Agentliyinin səd­ri Zaur Mikayılov dünyada baş verən qlobal iqlim dəyişikliklərinin ətraf mühitə və onun ən əsas elementlərindən biri olan su ehtiyat­larına mənfi təsirlərini qeyd edərək, bununla bağlı ölkəmizin qarşısında su ehtiyatlarından səmərəli istifadənin təmini, su itkilərinin qar­şısının alınması, sistemlərin müasir səviyyədə yenidən qurulması, yeni su mənbələrinin ya­radılması ilə bağlı çağırışlar ortaya qoyuldu­ğunu bildirib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, kənd təsərrüfa­tı nazirinin müavini Sarvan Cəfərov, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Asim Mollazadə, deputat­lar Fəzail Ağamalı, Məlahət İbrahimqızı və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlə­rini bölüşüb, rəy və təkliflərini səsləndiriblər.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər