Qərb bölgəsindən xəbərlər

post-img

GƏNCƏ

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində 2023-cü il ərzində traktor is­tehsalı ötən ilin müvafiq dövrünə nis­bətən artıb.

2022-ci il ərzində 587 müxtəlif mo­deldə traktor yığılmışdırsa, 2023-cü ilin müvafiq dövründə bu rəqəm 662 traktor təşkil edib. Ötən il müəssisədə müxtəlif modeldə 366 yük avtomobili də istehsal olunub. Bundan əlavə, zavodda keçən il 341 KAMAZ, 50 ədəd SAMPO markalı kombayn və 23 ədəd KAMAZ şassisi üzə­rində quraşdırlımış vaxta avtobusu yığılıb.

Bütövlükdə, bugünədək müəssisədə 13 min 225 müxtəlif modeldə və modifika­siyada traktor, 2908 MAZ, 1032 KAMAZ, 593 URAL, 6 ədəd MAZ avtobusu, 4 ədəd elektrobus, 880 traktor qoşqusu, 301 ədəd MAZ qoşqusu yığılıb.

NAFTALAN

Ölkəmizin müalicəvi turizm mərkəzi kimi tanınan Naftalan şəhərinə gələn xarici turistlərin sayı hər il artır.

Hazırda Naftalanda üçü 5 ulduzlu ol­maqla 19 hotel və müalicə mərkəzi fəa­liyyət göstərir. Bu da gün ərzində 4 minə yaxın turistə xidmət göstərməyə imkan yaradır. 2023-cü il ərzində şəhərə 40 minə yaxın turist gəlmişdir ki, onların da təxminən 13 min nəfəri əcnəbilər – 47 ölkədən olan xarici turistlərdir.

Turistlər arasında Rusiya Federasi­yası, Qazaxıstan, Özbəkistan, həmçinin Belarus və Ukrayna ilə yanaşı, İsrail, Səudiyyə Ərəbistanı, Almaniya və digər inkişaf etmiş ölkələrdən olan turistlər üs­tünlük təşkil edir. 

AĞSTAFA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğul­luq Agentliyi tərəfindən növbəti əmək yarmarkası Ağstafada təşkil edilib.

Qazax–Tovuz Regional məşğulluq fi­lialının təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif iqtisadi sahələrdən olan 12 işə­götürən iştirak edib və 106 vakansiya təq­dim edilib. Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək ətraflı şə­kildə qiymətləndirilib və uyğun namizədlə­rin qeydiyyatı aparılıb.

Tədbirdə işsiz və işaxtaran şəxslərə agentliyin aktiv məşğulluq tədbirlərinə müraciət qaydaları barədə məlumat ve­rilib.

ŞƏMKİR

Şəmkir şəhərində ən gözəl istirahət guşələrindən biri olan Xəqani İbrahimli adına parkda cari təmir və abadlıq işlə­ri yekunlaşıb.

Parkın elektrik sistemi tamamilə ye­nilənib, onun idarə olunması üçün mü­vafiq avadanlıqlar, yeni və müasir stan­dartlara uyğun lampalar quraşdırılıb, işıq dirəkləri rənglənib. Parkın ərazisindəki fəvvarə təmir olunub, yeni tullantı qutuları qoyulub, skamyalar yenilənib, aqlay üz­lüklərin cilalanması, o cümlədən sıradan çıxmış üzlüklərin dəyişdirilməsi və digər işlər icra olunub.

Parkda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məşhur azərbaycanlı geoloq, görkəmli alim, ge­ologiya-mineralogiya elmləri doktoru Fər­man Salmanovun heykəlinin qoyulması istiqamətində işlər davam etdirilir.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri







Son xəbərlər