Atıcılarımız Avropada 2 medal qazanıblar

post-img

Azərbaycan atıcıları Macarıstanın Dyör şəhərində keçirilən Avropa çempionatında və Qətərin paytaxtı Dohada təşkil olunan Əmir Qran-prisində uğurla çıxış ediblər. 

Atıcılarımız Leyli Əliyeva və Vladislav Kalmı­kov qitə birinciliyində 10 metr məsafə üzrə güllə atıcılığı yarışında bürünc medal qazanıblar. 

Komandamızın digər üzvü Aylin Quliyeva isə Qran-pri turnirində səngər stendi üzrə yarışda 2-ci yeri tutub. 

Leyla SABİRQIZI
XQ

İdman