41 kiloqram marixuana aşkarlanıb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 24-də və 25-də ümumi çəkisi 53,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib. 

   Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11 kiloqrama yaxın heroin, 41,6 kiloqramdan çox marixuana, 1 kiloqramdan artıq tiryək və metamfetamin, həmçinin 240 ədəd metadon həbi olub.

  
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər