Baş prokuror Kamran Əliyevin dəvəti ilə Keniya Respublikasının Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.
Keniyalı prokurorlar ölkəmizin prokurorluq orqanlarının, o cümlədən Baş Prokurorluğun yeni inzibati binasında yerləşən struktur qurumlarının, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Bakı Şəhər Prokurorluğunun fəaliyyəti ilə tanış olublar.
Məhkəmə orqanlarının fəaliyyəti ilə tanışlıq məqsədilə nümayəndə heyəti Yasamal Rayon Məhkəməsində olub. 7 saylı “ASAN xidmət”in fəaliyyəti ilə tanışlıq isə qonaqlarda yüksək təəssürat yaradıb. Bundan başqa, qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyəti əks olunan stendlərə baxış keçirib, onlara mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.
Keniyanın Baş prokuroru Renson İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.
XQ