Bir avtomat, on bir tüfəng təhvil götürülüb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib.

Ötən ngün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 2 tapança, 5 ədəd qumbara, 5 alışdırıcı, 11 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 218 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin, ötən gün keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd tapança, 1 tüfəng, 2 patron darağı və 11 ədəd patron aşkar edilərək götürülüb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər