Ötən gün 81 yaşında dünyasını dəyişmiş Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Mövlud Süleymаnlı Şamaxıda dəfn olunub.
Xalq yazıçısının cənazəsi günorta saatlarında Şamaxıya gətirilib, rayonun Kərkənc kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, yazıçının ailə üzvləri, qələm dostları, eləcə də ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Yazıçının həyat və yaradıcılığından söhbət açılıb, ədəbiyyat və publisistikamıza xidmətləri qeyd edilib.
Sonra yazıçı vəsiyyətinə uyğun olaraq Kərkənc kənd qəbiristanlığında anasının qəbri yanında dəfn edilib.
Dəfn mərasimindən sonra Şamaxı Cümə məscidində ehsan süfrəsi təşkil olunub.
XQ