BP-nin regional prezidenti Baş nazir Əli Əsədovu təbrik edib

post-img

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Bu barədə Nazirlər Kabinetindən məlumat ve­rilib. 

Məktubda deyilir: “BP şirkətinin adından Sizi Azərbaycan Respublikasının Baş naziri vəzifə­sinə yenidən təyin olunmağınız münasibətilə sə­mimi-qəlbdən təbrik edirəm.

Siz möhkəm cansağlığı və Azərbaycan Res­publikasının tərəqqisi naminə fəaliyyətinizdə da­vamlı uğurlar arzulayıram. 

Bu il “Azəri–Çıraq–Günəşli”nin tərəfdaşları ilə Azərbaycan arasındakı uğurlu tərəfdaşlığın rəmzi olan “Əsrin müqaviləsi”nin 30 illiyi ilə əlamətdar­dır. Biz Azərbaycanla onilliklər boyu davam edən əlaqələrimizə yüksək dəyər verir, Azərbaycan Hö­kuməti və SOCAR ilə olan uzunmüddətli tərəfdaş­lığımıza sadiq qalırıq.

Fürsətdən istifadə edərək, Sizə bu illər ərzində BP-nin operatoru olduğu layihələrə göstərdiyiniz davamlı dəstəyə görə minnətdarlığımızı bildiririk. Bu uğurlu əməkdaşlığı yüksək qiymətləndirir və uzun illər davam edəcəyinə ümid edirik”.

Son xəbərlər