MDB-nin Baş katibinin Əli Əsədova təbrik məktubu

post-img

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən bildirilib ki, Sergey Lebedev yenidən Azərbaycanın Baş naziri təyin edilməsi münasibətilə Ə.Əsədova səmimi təbrik­lərini çatdırıb. 

“Əminəm ki, Sizin rəhbərlik etdiyiniz hökumət ölkənin sosial-iqtisadi inkişafı üçün effektiv işləyə­cək, həmçinin Müstəqil Dövlətlər Birliyi məkanın­da hərtərəfli əməkdaşlığın qorunması istiqamə­tində xətti davam etdirəcək”, – deyə məktubda bildirilib. 

S.Lebedev Əli Əsədova cansağlığı, əmin-a­manlıq və Azərbaycan xalqının mənafeyi naminə planların və təşəbbüslərin icrasında uğurlar arzu­layıb.

Son xəbərlər