Möhtərəm Cənab Prezident!
Demokratik, şəffaf və ədalətli şəkildə keçirilmiş seçkilərdə yenidən parlaq qələbə qazanmağınız münasibətilə
“Anadolu Universiteti Azərbaycan Proqramları”nın kollektivi, tələbə və məzunları
Sizi səmimiyyətlə təbrik edir, səsvermənin nəticələrinin Azərbaycan xalqının dövlət başçısına olan inam və etimadının ifadəsi, ölkəmizin sosial-iqtisadi inkişafı və xalqımızın rifahı yolunda həyata keçirdiyi qətiyyətli siyasətə verilən yüksək qiymətin və dəstəyin əyani təzahürü olduğnu bildirir.
Yenidən dövlət başçısı seçiləndən sonra ilk rəsmi səfərinizin qardaş Türkiyəyə reallaşdırılması indiyədək əsası qoyulmuş ənənənin davamı olmaqla yanaşı, eyni zamanda tarixi dostluğa, qarşılıqlı etimada, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrə ehtiramın bariz nümunəsidir.
Bizim ailəmiz Türk dünyasıdır. Əminik ki, son zamanlar iki dost və qardaş ölkə, eləcə də Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə birgə həyata keçirdiyiniz layihələr dövlətlərimiz arasında münasibətləri daha da yüksək səviyyəyə qaldıracaqdır.
Sizə Azərbaycanın firavanlığı, yüksəlişi və qlobal aləmdə nüfuzunun daha da güclənməsi yolunda qarşıya qoyduğunuz bütün məqsədlərə çatmağı arzulayır, xalqımızın əmin-amanlığı, rifahı və tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!