Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, ötən sutka ərzində nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən 25 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən yanğın zamanı 6 nəfər təxliyə olunub, 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin, 2 nəfərin meyiti bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
P.ƏMİRCANOV
XQ