Vətən keşikçiləri yeni dövrün başlanmasını alqışlayırlar

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində tarixi nitqini bütün xalqımız kimi qalib Azərbaycan Ordusunun şəxsi heyəti də böyük rəğbətlə qarşılayıb.

Müdafiə Nazirliyi rəhbərliyinin tapşırı­ğına əsasən, Prezidentin andiçmə mərasimi materiallarının öyrənilməsi, təbliği və qarşıya qoyulan mühüm vəzifələrin şəxsi heyətə çat­dırılması məqsədilə xüsusi plan hazırlanaraq silsilə tədbirlərin təşkilinə başlanılıb.

Azərbaycan Bayrağının qürurla dalğalan­dığı azad edilmiş ərazilərdə dislokasiya olu­nan hərbi hissələrdə keçirilən vətənpərvərlik tədbirlərində Vətən müharibəsi və antiterror tədbirləri iştirakçıları olan igid döyüşçülər çıxış edərək respublikamızın daha firavan, xoşbəxt gələcəyi naminə səs verdikləri günü həyatlarının ən unudulmaz günü kimi heç vaxt yaddan çıxarmayacaqlarını bildiriblər. Ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplantısının işti­rakçıları da bədii-təşviqat briqadası üzvlə­rinin çıxışlarını maraqla qarşılayıblar. "Hər bir əmrinə hazırıq, Vətən!" adlı tədbirdə Prezident İlham Əliyevin andiçmə mərasi­mindən görüntülər nümayiş etdirilib, hər bir əsgər və zabitin qarşısında duran mühüm vəzifələrdən danışılıb.

Əməkdar artist, vətənpərvərlik mahnıları­nın mahir ifaçısı, polkovnik-leytenant Cahan­gir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi­nin yaradıcı kollektivinin çıxışları alqışlarla qarşılanıb.

XQ

Son xəbərlər