Oğurluqda şübhəli bilinənlər saxlanılıb

post-img

Sumqayıtda bir nəfərin bank kartından 6050 manat oğurlanıb. Şəhər Pİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu cinayətdə şübhəli bilinən,əvvəllər məhkum olunmuş V.Nəsibov və R.Heydərov müəyyən olunaraq saxlanılıblar.

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Puta qəsəbəsi ərazisində bir nəfərin torpaq sahəsindən 8000 manat dəyərində tikinti materialı oğurlamaqda şübhəli bilinən E.Muradov və M.Əhmədov saxlanılıblar.

Həmin Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər tədbirlərlə Lökbatan qəsəbəsi ərazisində lotoreya satışı məntəqəsindən 600 manat dəyərində lotereya biletlərini oğurlamaqda şübhəli bilinən D.Abdullayev müəyyən olunaraq saxlanılıb.

Bütün faktlarla bağlı araşdırma aparılır. 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər