Azərbaycan ağır atleti qızıl, türkiyəli gümüş medal qazanıb

post-img

Türkiyəli ağır atlet Onur Dəmirçi Bolqarıstanda keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Kişilərin ağırlıqqaldırma yarışında 109 kq çəki dərəcəsində Dəmirçi 207 kq çəkidə ştanqı qaldırıb. Məlumatı “Anadolu” verib. 

Sofiyada keçirilən çempionatın səkkizinci günündə kişilər arasında 109 kq çəki dərəcəsində Türkiyə idmançıları Məhəmməd Emin Burun və Onur Dəmirçi mübarizə aparıblar.

Çempionatın səkkizinci gününün yekununda Onur Dəmirçi ümumi çəkisi 375 kq qaldıraraq dördüncü yeri tutub.

Məhəmməd Emin yarışda 191 kq qaldıraraq 11-ci yeri tutmuş, ümumi cədvəldə 357 kq-la səkkizinci yeri tutmuşdu.

Yarışda Azərbaycan ağır atleti Dadaş Dadaşbəyli (212 kq) qızıl medal qazanıb. O, ümumi hesabda da birinci yeri tutub - 388 kq.

Bolqarıstanlı Xristo Xristov 380 kq-la ümumi hesabda ikinci yeri tutub.

P.ƏMİRCANOV

XQ

İdman